Sosial şəbəkədə “Ecofront” adlı səhifədə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər paylaşılıb. Bildirilir ki, Vüqar və Aqil adlı şəxslər cüyür ətindən kabab hazırlayıblar.

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məsələyə münasibət bildirib. O, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlandığını açıqlayıb.

Qeyd edək ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.