ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Unikal.org-a bildirilib ki, iyulun 5-dən 10-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 153 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 26 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 113 hektar ərazi mina və PHS-lərdan təmizlənib.