Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edib.

Unikal.org xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində həmin cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması məsələlərinə dair müddəa ləğv edilib.