Putinin mətbuat katibi Dmitri Peskov Donbasla bağlı sualı cavabsız qoyub. 

Unikal.org-un məlumatına görə, Peskova jurnalistin “Əgər Donbas Kiyevə lazım deyilsə, Rusiya onu öz tərkibinə qəbul etməyə hazırdırmı” sualına cavab verməkdən imtina edib və “Mən bu sualı cavabsız qoyuram” deyə bilıdirib. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münasibətlərinə həsr olunmuş “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı məqalə yazıb.