Çinin Jianqsu əyalətinin Suzhou şəhərində otel binasının çökməsi nəticəsində 8 nəfər ölüb.

Unikal.org Çinin yerli mediasına istinadən xəbər verir ki, indiyədək dağıntıların altından 14 nəfər xilas edilib, 9 nəfər isə itkin düşüb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən edilən açıqlamaya görə, bölgədə axtarış-xilasetmə qrupları ölənlərdən hələ 8 nəfərin meyitini çıxara bilib.

Bildirilib ki, 54 otaqlı otel 2018-ci ildə istifadəyə verilib.