Böyük Britaniya hökuməti 2035-2040-cı ilə kimi yük götürmə qabiliyyəti 26 tondan yuxarı olan dizellə işləyən yük avtomobillərinin satışına qadağa qoymağa hazırlaşır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə avtomobil nəqliyyatında karbon tullantılarını azaldılması üzrə hökümət proqramında deyilir. Belə ki, 2050-ci ilə kimi bu tip tullantıların həcminin sıfır səviyyəyə salınması hədəflənib.

Daha əvvəl Avropa İttifaqında iri yük avtomobillərinin istehsalçıları, ağır tonnajlı dizel avtomobillərinin satışını nəzərdə tutlandan 10 il tez, yəni 2040-ci ilə kimi dayandırmaq haqda qərar verib. 

Qeyd edək ki, sənədə "Daimler", "Scania", "Man", "Volvo", "Daf", "Iveco" və "Ford" imza atıb.