AAAF-İnşaat Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

Unikal.org-un məlumatına görə, "Azərbaycan Beynəlxalq Bankı ASC" şirkət barəsində Binəqədi rayon məhkəməsində kredit müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

İş hakim Nigar Nəbizadənin icraatına verilib. Hazırlıq iclası 27 iyul saat 10:10-a təyin edilib. Məhkəmə prosesində K.Musayeva da cavabdeh qismində çıxış edəcək.

Qeyd edək ki, AAAF-İnşaat MMC Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) sabiq vitse-prezidenti Tofiq Heydərova məxsusdur.

Seymur Əli