Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı fakt yerində araşdırılıb.

Unikal.org xəbər verir ki, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun verdiyi məlumata görə, qurumun müraciəti əsasında, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları,rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçirilib:

"Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər".

Onun sözlərinə görə, mənzildə olan azyaşlı uşaq sığınacağına yerləşdirilib.