“Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan KİV açıqlama verib. 
Sözügedən məsələ haqqında iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Məryəm Karivişvili deyib. O bildirib ki, iki ölkə arasında sərhədlərin açılması məsələsi ilə bağlı danışıqlar aparılıb:

“Azərbaycanla danışıqlar yüksək səviyyədə aparıldı. Bilirsiniz, iki ölkə arasında çox yaxşı əlaqələr var və düşünürük ki, Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.