"Bu gün Rusiyanın işgüzar missiyası Azərbaycanda rəsmi səfərdədir. İşgüzar missiyaya Rusiyanın iqtisadi inkişaf nazirinin müavini rəhbərlik edir. Missiyanın tərkibində sənaye, nəqliyyat, enerji, memarlıq, informasiya texnologiyaları və digər sektorları təmsil edən şirkətlər mövcuddur".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Rusiya işgüzar görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

"Hazırda iki ölkə arasında müşahidə etdiyimiz ticarət dinamikasının artımından irəli gələrək Azərbaycandan Rusiyaya qeyri-neft ixrac məhsullarının artımını nəzərə alaraq, nəqliyyat sahəsində həyata keçirilən layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti bərpa işlərində və ölkədə mövcud olan investisiya sahəsində aparılan işlərdən çıxış edərək səfərin yekununda həm yeni müqavilələr, həm yeni sərmayələr, yeni müəssisələrin yaradılması kimi nəticələri gözləyirik", - nazir bildirib.