Ermənistanın İstintaq Komitəsi Baqrataşen kəndi yaxınlığında avtomobildə quraşdırılmış qaz balonunun partlaması ilə bağlı video yayıb.

Unikal.org xəbər verir ki, hadisənin ötən gün 15:10 radələrində qeydə alındığı bildirilib.

Məlumata görə, 35 yaşlı Vanadzor sakini “Mersedes Benz E-350” markalı avtomobili Baqrataşen kəndindən Gürcüstan sərhədinə doğru sürürərkən partlayış baş verib. Nəticədə sürücü yerindəcə ölüb.