İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 4 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Unikal.org  erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonunda aşkar edilib.

Onların şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1615 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.