Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 250 yoluxma halı qeydə alınıb.

Unikal.org "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 228 632-yə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 5 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 584 nəfərə çatıb.