Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçən piyada, 1972-ci il təvəllüdlü Aydın Ramazanov "Skhoda" markalı minik avtomobili tərəfindən vurulub. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (report)