Türkiyəli aktrisa Sevda Erginci ilə evlənəcəyi gözlənilən həmkarı Yılmaz Kuntun xəyanəti üzə çıxıb. Belə ki, aktyorun başqa qadınla yazışdığı ortaya çıxıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, vəkil Seray Öztürk Yılmaz Kuntun ona göndərdiyi mesajları İnstaqram hesabında paylaşıb. Yazışmalarda Yılmazın Öztürklə görüşmək istədiyi diqqət çəkib.

"Evlilik yolunda addımlayarkən mənimlə görüşmək istəmək qadına qarşı başqa şiddətdir. Bu etdiyinə nə ad vermək olar?" deyə, vəkil Yılmazın mesajlarını ifşa edib.

Bundan başqa Yılmazın Sevda ilə tətildən olan fotolarını paylaşaraq "Yılmaz Kunt, sən kim olursan ki, başqası ilə nişanlı olduğun halda məni də idarə eyməyə çalırsan?" yazıb.