Avstraliya Silahlı Qüvvələri Pilotsuz Uçan Aparatları (PUA) aşkar edən cihaz hazırlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  "RFOne MKII" adlanan xüsusi aşkarlama sistemləri ilkin olaraq ASLAV yüngül zirehli maşınlarında yerləşdiriləcək.

Artıq yerli şirkət olan "DroneShield" Ltd-nin (DSL) bir neçə "RFOne MKII"-ni ordunun arsenalına verdiyi bildirilir.