Bu gün “Çempionlar Liqa”sında play-off mərhələsinin ilk oyunları keçiriləcək.

Avropanın 16 ən güclü klubu növbəti mərhələyə çıxmaq üçün mübarizə aparacaqlar. Bu gün və sabah bir sıra maraqlı oyunlar olacaq. Belə ki, “Seltik” öz meydanında Yuventus”u qəbul edəcək. “Valensiya” isə “P.S.G”-ni lazimı hesabla məğlub edib cavab oyununa rahat çıxmaq istəyəcək.

Sabah isə “Şaxtyor Donetsk” Borusiya Dortmund”u qonaq edəcək. Erkən final xarakterli oyun da sabaha təsadüf edəcək. Belə ki, “Real” Madrid “Santiyaqo Bernabeo”da “Mançester Yunayted”i qəbul edəcək.

Qeyd edək ki, “Seltik” – “Yuventus”, “Valensiya” “P.S.G” cütü cavab görüşlərini martın 6-da, ”Şaxtyor Donetsk”- “Borusiya Dortmund”, “ Real Madrid”- Mançester Yunayted” isə martın 5-də öz aralarında revanş oyununa çıxacaqlar.
“Çempionlar Liqası” qaldığı yerdən davam edir