Türkiyənin Bodrum şəhərini də cənginə alan yanğın söndürülüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı 80 hektar meşə ərazisi zərər görüb. Ərazidə soyutma işləri aparılır.

Bodrumun bələdiyyə sədri Ahmet Aras bildirib ki, təxliyyə edilən turistlər yenidən hotellərə yerləşdiriliblər.