Müharibə zamanı Qarabağda ölən 50 erməni hərbçinin qalıqları Niderlanda göndərilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan bildirib.

Tanınmaz hala düşən cəsəd qalıqlarının Niderlanda onların kimliyini müəyyən etmək üçün göndərildiyi açıqlanıb: 

"Təəssüf ki, bəzi mürəkkəb nümunələri identifikasiya edə bilmədik. Niderlandlı partnyorlarımızla müqavilə imzaladıq. Ölən şəxslərin şəxsiyyətinin tezliklə müəyyən olunacağını düşünmürəm. Nəticə əldə edən kimi məlumat verəcəyik".