Gürcüstanda son sutkada koronavirusa 2 min 712 yeni yoluxma faktı təsdiqlənib, 25 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 416 min 338-ə, ölənlərin sayı 5 min 793-ə yüksəlib.

Ötən 24 saat ərzində 1 561, ümumilikdə isə 381 min 246 nəfər müalicə olunaraq sağalıb.