Xəbər verdiyimiz kimi, iyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən vəkil Mehman Muradlı ilk növbədə deputatın toxunulmazlıq hüququnun əlindən alınmalı olduğunu bildirib:

"Əgər Baş Prokurorluq Milli Məclisə təqdimat göndəribsə, çox güman ki, onun toxunulmazlıq hüququ götürüləcək, ondan sonra istintaq davam edəcək. Toxunulmazlığı götürüləndən sonra, çox güman ki, Eldəniz Səlimovun mandatı da əlindən alınacaq. Mandatdan məhrum edilməsi üçün də məhkəmənin qanuni hökmü olmalıdır".

Murad İbrahimli