Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Gara, Hakurk və Zap bölgələrində terrorçu hədəflərini məhv etmək üçün hava əməliyyatı həyata keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri açıqlama yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçuların 40-a yaxın hədəfi məhv edilib.

Məlumata görə, bununla terrorçuların bölgədəki varlığına ağır bir zərbə vurulub.