Türkiyənin  tanınmış simalardan biri olan Süreyya Yalçının sosial mediadan  paylaşdığı fotosu  gündəm yaradıb. 

Unikal.org xəbər verir ki,  Bodrumda tətildə  olan  Yalçın meşə yanğınları baş verən zaman foto  çəkdirib. Belə  ki, fotoda arxa fonda tüstünün  havaya qalxması əks  olunub.  Buna baxmayaraq, Sürəyya həmin fotonu "Instagram"da paylaşıb.

Onun bu postuna izləyiciləri  tənqidi şərh  bildiriblər. Bodrumda başlayan  yanğını görməməzlikdən gəlməsi qınaq obyektinə çevrilib. Bundan sonra Yalçın fotonu silib. 

Qeyd edək ki, 2016-cı ildə evləndiyi Ozan Baranla  ABŞ-da yaşayan Süreyya Yalçın, keçən həftə 46 çamadanla Bodruma gəlib.