ABŞ-ın Boston şəhərində küçə metrosunda iki qatarın toqquşması nəticəsində 20-dən çox adam xəsarət alıb.

Unikal.org “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə “WWLP” məlumat yayıb.

Məlumata görə, hadisə Boston Universiteti yaxınlığında, Bebkok-Stritdə baş verib. Qəza nəticəsində ümumilikdə 23 nəfər xəsarət alıb, Yaralılar regional tibb müəssisələrinə yerləşdirilib.

Qeyd olunur ki, əraziyə gediş-gəliş dayandırılıb. Hadisənin səbəbləri hələlik açıqlanmır.