Dünyaca məşhur 58 yaşlı modelyer Mark Yakobs estetik əməliyyat olunub.

Unikal.org xəbər verir ki, modelyer qırışlarından xilas olmaq üçün üzgərmə əməliyyatı etdirib. Mark bu prosedur üçün 50 min dollar (təxminən 85 min manat) ödəyib.

Yeni halını sosial şəbəkədə paylaşan modelyer "Artıq üzümü eynəklə gizlətmirəm" qeydini yazıb.

Qeyd edək ki, modelyer "Marc Jacobs" brendinin sahibidir.