Türkiyədə Antalyanın Manavqat rayonunda daha iki nəfər yanğından ölüb.

Unikal.org xəbər verir ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twıtter səhifəsində yazıb.

Nazir bildirib ki, Manavqatda həyatını itirən cütlüklə bağlı yeni məlumat daxil olub, ümumilikdə yanğınlardan 7 nəfər həlak olub.

Qeyd edək ki, Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalıb. Yaxınları onlardan xəbər almadıqları üçün axtarışlar başlayıb, uçqun altında qalan cütlüyün cəsədləri aşkarlanıb.