Türkiyənin Muğla, Marmaris, Bodrumda  meşə yanğınları ilə mübarizə davam edərkən daha bir yanğın xəbəri Seydikemer bölgəsindən gəlib.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, hazırda meşədə başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda, manavqatda Sırtköy məhəlləsində də yanğınlar davam edir.

Alovların 20 metrədək yüksəldiyi bildirilir.