Türkiyədə davam edən yanğınlar zamanı Azərbaycandan gedən yanğınsöndürənlərdən bir nəfərin həlak olması ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.

Unikal.org xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva açıqlama bildirib.

 G.Mehdiyeva qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 

"Qardaş ölkəyə yollanan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları arasında xəsarət alan və ya həlak olan olmayıb. Hazırda yanğınsöndürənlərimiz fəaliyyətlərini davam etdirirlər". 

Qurum rəsmisi jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bu cür məlumatları yaymazdan əvvəl rəsmi qurumla dəqiqləşdirmə aparmalarını xahiş edib.