Türkiyədə baş verən yanğınlarda ölənlərin sayı 8-ə çatıb, zərər çəkən 864 nəfər xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazirin sözlərinə görə, hazırda onlardan 27-si xəstəxanada müalicə olunur, digərləri evə buraxılıb:

"Marmaris və Bodrumda 203 nəfər yanğının təsirinə məruz qalıb, 186-sı müalicə olunaraq evə buraxılıb. Mersindəki yanğının təsirindən 154 nəfər xəstəxanaya yerləşdirilib. Onların müalicələri bitib və evə buraxılıb. Manavqatdakı yanğından isə 507 nəfər zərər görüb, 497-si müalicə olunaraq xəstəxanadan buraxılıb".