Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, hadisə Borsunlu-Qazaxlar yolunda qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.