Türkiyədə koronavirusla bağlı avqustun ilk gününə olan statistika açıqlanıb.

Unikal.org məlumat verir ki, ölkədə son 24 saat ərzində 251 min 224 nəfərin COVID-19 testi yoxlanılıb.

Günlük yoluxma sayı isə 20 min 890 nəfər təşkil edib.

Son sutka ərzində 96 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 5 min 539 nəfərə çatdığı bildirilib.