Livanın Beyrut şəhərinin Xalde rayonunda silahlı toqquşma yaşanıb.

Unikal.org xəbər verir ki, Livan Hizbullah hərəkatının nümayəndələrindən birinin dəfn mərasimi zamanı hərəkatın üzvləri ilə ərəb qəbilələrinin silahlıları arasında yaşanan toqquşmada 4 nəfər ölüb.

Livan ordusu toqquşmaları dayandırmaq üçün cəlb edilib.