Türkiyənin 8 bölgəsində yanğın davam edir.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərüfatı naziri Bekir Pakdemirli mətbuata açıqlamasında bildirib.

Nazir deyib ki, indiyədək 125 yanğından 117-si nəzarətə alınıb, bəziləri tamamilə söndürülüb.

B.Pakdemirli Antalyanın Manavqat rayonu və bir çox qəsəbələrdə yanğınların söndürüldüyünü qeyd edib. 

B.Pakdemirli deyib ki, yanğın yaşayış məntəqələrinə yaxınlaşdığı üçün təhlükəsizlik məqsədilə Muğlada bu gün 6 məhəllə boşaldılıb. Nazir bu yanğınlara müdaxilə edərkən 16 təyyarə,9 pilotsuz uçuş aparatı (PUA), 45 helikopter, 6 idaretmə və bir 1 pilotsuz helikopter, 708 suçiləyici, 120 inşşat maşını, 4800 heyət içtirak edir.

Nazir bu yanğınlarda 8 nəfərin vəfat etdiyini, xeyli heyvanın tələf olduğunu, dünən isə yanğınla mübarizədə 15 nəfərin həyati təhlükəsi olduğunu bildirib.

"Bu fəlakətdə bizə yaxından dəstək olan qardaş ölkələrə də, xalqımıza da təşəkkür edirəm” - deyə nazir qeyd edib.