Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi 10 ildən sonra xarici mediaya açıqlama verib.

Unikal.org  xəbər verir ki, "New York Times"a müsahibə verən Qəddafi yenidən siyasətə qatılmağa hazırlaşdığını söyləyib.

"Ölkəyə təcavüz etdilər, Liviya dəhşətli vəziyyətdədir. Pul yox, təhlükəsizlik yox, həyat məhv olub. Bu, bacarıqsızlığın nəticəsidir, tam bir fiaskodur",- Qəddafinin oğlu deyib.

Xatırladaq ki, Seyfülislam sonuncu dəfə 2011 -ci ildə əcnəbi mediaya müsahibə vermişdi.