Böyük Britaniyada son sutka ərzində 24 min 470 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxma hallarının ümumi sayı 5 milyon 880 min 667-ə çatıb.

Bundan əlavə,  ölkədə daha 65 nəfər COVID-19-dan dünyasını dəyişib. Bununla da pandemiya qurbanlarının sayı 129 min 719 nəfərə yüksəlib.