Çinin Hinan əyalətində leysan yağışlar nəticəsində yaranan daşqınlar nəticəsində həyatını itirənlərin sayı 302 -ə yüksəlib. 

Unikal.org xəbər verir ki,  bu barədə Hinan əyalətinin hökumət rəsmiləri açıqlama verib.  

Belə ki,  açıqlamada, əyalətdə daşqınlar nəticəsində ölənlərin ümumi sayının 99-dan 302-ə yüksəldiyi və sellərdə itkin düşən 50 adamın da axtarıldığı qeyd olunub.  

Qeyd edək ki,  iyulun 17-dən etibarən Hinanda müəyyən fasilələrlə təsirli olan leysan yağış, 20 iyulda daşqınlara səbəb olub.