Qırğızıstanın birinci Prezidenti Əskər Akayev saxlanılaraq Bişkekə gətirilib və istintaqa cəlb olunub.

Unikal.org xəbər verir ki, hazırda Ə.Akayev Milli Təhlükəsizlik Komitəsinin binasındadır. O, "Kumtor" qızıl yatağı ilə əlaqədar açılmış cinayət işinə görə dindirilir.

Xatırladaq ki, Qırğızıstanın eks-prezidentləri Askar Akayev və Kurmanbek Bakiyev "Kumtor" qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilmişdi.