Lənkəran şəhərində mağazada oğurluq baş verib.  

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Qeyd olunub ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birində satıcı G.Abbasovanın çantasından 1930 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini V.İbadova saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülüb.