Rusiyanın Amur vilayətində maraqlı kadrlar çəkilib. 

Unikal.org xəbər verir ki, həvəskar kameradan çəkilən görüntülərdə yırtıcının öz balaları ilə cəsarətlə avtomobillərə yaxınlaşaraq arxa pəncələrin üzərinə qalxıb yemək istədiyi görünür.

Sürücülərin çoxu isə sözügedən hadisədən qorxduğu üçün siqnal verərək yırtıcıları hürkütmək  istəyiblər.

Mütəxəssislər isə vəhşi heyvanları yedirməməyə çağırıblar. Əks halda, ayılar yolda uzun müddətə məskən salacaq, bu da zamanla insanlar üçün təhlükəyə çevriləcək. 

Ayıların belə davranışları isti yay ucbatından yaranmış qida azlığı ilə əlaqələndirilib.