Kassala əyalətində yerli səlahiyyətlilər, keçən həftə Efiopiya ilə Sudan arasındakı çayda Efiopiyanın Tiqray bölgəsindəki müharibədən qaçan 50-yə yaxın cəsəd tapıb. 

Unikal.org xəbər verir ki, bəzi cəsədlər güllə yarası və ya əlləri bağlı vəziyyətdə tapılıb. 

Sözügedən çay, etnik tiqrayalıların xarici qüvvələrlə 9 aydır mübarizə apardıqları qarşıdurmanın ən problemli bölgələrindən keçir.

İndi onlar çayda daha çox cəsədin olduğunu istisna etmir. 

Qeyd edək ki, münaqişə minlərlə insanın ölümünə və on minlərlə insanın qonşu Sudana qaçmasına səbəb olub.