“Qəbələ İdman Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

Unikal.org-un məlumatına görə, MMC-yə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə protokol tərtib edilib.

Protokol baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Elman İsayevin sədrliyi ilə baxılacaq.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Murad İbrahimli