Xəbər verdiyimiz kimi, Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Unikal.org xəbər verir ki, Spiker Sahibə Qafarova bildirib ki, Konstutisiyanın 90-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Baş Prokuror parlamentə müraciət edib:

 “Təqdimatda Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi xahiş olunur. Baş Prokurorun təqdimatına 7 gün ərzində baxılmalıdır. Ona görə də 53 deputatın tələbi ilə iclas çağırılıb”.