Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 yaşdan 17 yaşa kimi olan uşaq və yeniyetmələr koronavirus əleyhinə vaksin olunacaqlar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,   uşaqlara Çinə məxsus "Sinopharm" şirkətinin vaksinlərindən vurulacaq. BƏƏ hökuməti artıq 12-15 yaş arası vətəndaşları "Pfizer"lə peyvəndləməyə başlayıb. 

Qeyd edək ki, Çin "Sinovac Biotech" peyvəndinin 3 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr üçün istifadə oluna biləcəyini təsdiqləyib.