"Taliban" hərəkatının yaraqlıları bazar ertəsi günü Əfqanıstanın Helmand əyalətinin inzibati mərkəzi olan Laşkar Gah şəhərindəki regional dövlət teleradio mərkəzinin binasını ələ keçiriblər.

Unikal.org "TACC"a istinadən xəbər verir ki, Helmand əyalətindəki bütün yerli media orqanları fəaliyyətini dayandırıb. Teleradio mərkəzinin işçiləri iki gün əvvəl binanı tərk ediblər.

"Taliban" iyulun əvvəlində Qərb koalisiya qoşunlarının geri çəkilməsi fonunda Əfqanıstanın beş ölkə ilə sərhəd bölgələrini (İran, Tacikistan, Türkmənistan, Çin və Pakistan) nəzarətə götürüb. 

Əfqanıstan Silahlı Qüvvələrinin yeni komandanı, general Vəli Məhəmməd Əhmədzayi, ordunun prioritetinin ölkənin əsas şəhərlərini, sərhəd keçid məntəqələrini və yollarını "Taliban" hücumundan qorumalı olduqlarını söyləyib. Onun sözlərinə görə, "Taliban" liderləri əvvəlcə malların tədarük edildiyi əsas yolları kəsmək, sonra da şəhər və bölgələrə hücum etmək niyyətindədirlər.