Ermənistanda yeni formalaşan hökumətdə nazir postlarına təyinatlar olub.

Unikal.org erməni  KİV-ə  istinadən  xəbər verir ki,   Prezident Armen Sarkisyanın fərmanına əsasən 6 nazir və bir nazir müavini təyin olunub.

Prezidentin fərmanı ilə Mher Qriqoryan yenidən baş nazirin müavini postuna təyin olunub, Vahan Kerobyan iqtisadiyyat naziri, Vahram Dumanyan təhsil, mədəniyyət, elm və idman naziri, Andranik Piloyan fövqəladə hallar naziri və Anahit Avanesyan səhiyyə naziri postlarında qalıblar.

Keçmiş Ombudsman Karen Andreasyan ədliyyə naziri, keçmiş iqtisadiyyat naziri Tiqran Xaçatryan isə maliyyə naziri təyin olunublar.