"Diriliş Ertuğrul", "Sen anlat Karadeniz", "Kurtlar Vadisi Pusu" kimi seriallarda rol alan usta oyunçu Hüseyin Özay vəfat edib.

Unikal.org "Haberglobal"-a  istinadən xəbər verir ki, 62 yaşlı aktyorun infarkt keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, H.Özay "Diriliş Ertuğrul"da "Korkut bəy" obrazını canlandırıb.