Tennessi ştatının Pikeon Fors şəhərindəki "Titanic Museum"da ötən gecə buzlu divarın uçması nəticəsində 3 turist xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə muzeyin mülkiyyətçiləri xəbər veriblər. Xəbərdə muzeyin hazırda bağlı olduğu bildirilir: 

"Düşüncə və dualarımızda xəsarət alanların, həmçinin onların ailələri və dostlarının yanındayıq".

Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisənin səbəbi məlum deyil.

Qeyd edək ki, 1912-ci ildə inşa olunan və dünyanın ən böyük sərnişin gəmisi kimi qəbul edilən "Titanic" gəmisinə və sərnişinlərinə aid muzeydə 400-dən çox əşya nümayiş olunur.