Türkiyənin 44 əyalətində davam edən 208 yanğından 196-sı nəzarət altına alınıb.

Unikal.org  xəbər verir ki, Antalya, Muğla, Adana, Aydın, İsparta və Dənizli bölgələrindəki yanğınların söndürülməsi üzrə işlər davam etdirilir.

Günlərdir davam edən Manavqat ərazisindəki yanğın səhər saatlarında nəzarət altına alınıb.

Qeyd edək ki, Türkiyədə 10 gündür meşə yanğınları ilə mübarizə davam edir.

 Gülayə  Mecid