Əfqanıstanın Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 406 terrorçusunu məhv edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat verib.

Nazirliyin "Twitter" hesabında verdiyi məlumata görə, son 24 saat ərzində Zabul, Ləğman, Qəzni, Paktia, Xost, Nəngərhar, həmçinin Herat, Qəndahar, Cövzcan, Səməngan, Fəryab, eləcə də Sar-e Pol, Hilmənd, Bəlx, Təxar, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 406 "Taliban" yaraqlısı öldürülüb, 209-u isə yaralanıb.

Hazırda bölgədə vəziyyətin gərgin olduğu bildirilir. 

Ağarza Elçinoğlu