Rusiyada son sutka ərzində koronavirusa 22 660 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 402 564 nəfərə çatıb.

Rusiyada son bir gündə 792 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 163 301 nəfərdir. İndiyədək 5 720 353 xəstə sağalıb.